“Bədbəxtçilyimiz odur ki, fəxri adları da şəxsi münasibətlərə görə verirlər”backend

“Bədbəxtçilyimiz odur ki, fəxri adları da şəxsi münasibətlərə görə verirlər”

“Bizim kəndimiz işğalda olmasa da itirilən torpaqlarımız mənim üçün kəndimizdən də əzizdir. İnanın ki, bir dəqiqə sakitliyim yoxdur, bilirsiniz ki, bivec adam deyiləm, ağrılı şeylər mənim də ürəyimdən keçir”

Bunu moderator.az-a açıqlamasında müğənni Səyyad Əlizadə deyib. Müğənni tezliklə o torpaqlarımıza qayıdacağımıza inandığını bildirib:

“Torpaqlarımızın işğaldan azad ediləcəyinə inanıram. Baş cür düşünməyə ehtiyac yoxdur. Xalqımızda necə bir ruh yüksəkliyi olduğunu hamımız görürük, heç kim, heç nədən qorxmur. O mənfur şərəfsizləri torpaqlarımızdan çıxarmağa hazırıq. Son 100-150 ildə torpaqlarımızın böyük hissəsi bizdən asılı olmayan səbəblərdən işğal edilib. Nəyin bahasına olursa olsun torpaqlarımıza qayıtmalıyıq. Bizim kəndimiz işğalda olmasa da itirilən torpaqlarımız mənim üçün kəndimizdən də əzizdir. İnanın ki, bir dəqiqə sakitliyim yoxdur, bilirsiniz ki, bivec adam deyiləm, ağrılı şeylər mənim də ürəyimdən keçir. O torpaqlarımızda məskunlaşanda rahat nəfəs alacağıq. Allahdan ancaq bunu arzu edirəm”.

Sənətçi yenə fəxri ad məsələsindən danışıb və ona qarşı haqsızlıq edildiyini bildirib:

“Bu mənə qarşı çox böyük haqsızlıqdır. Amma mən ad üçün çalışmıram, dövlətimə, millətimə xidmətimi edirəm. Amma əlbəttə, haqqı olmayan adamlar mükafatlandırılanda adama çox pis təsir edir. Amma neyləyim ki, bu mənim əlimdə olan bir şey deyil. Fəxri adlara layiq olmayan adamlar mükafatlandırılanda onların əvəzinə xəcalət çəkirəm, çünki onlar bilir ki, buna layiq deyillər. Amma pafosla danışırlar. Məsələn, mənə layiq olmayan şeyləri haqqımda deyəndə utanıram. Təbii ki, 42 ildir xalqıma, dövlətimizə xidmət edirəm. Özümü tərifləməyi sevmirəm, amma mənim yaradıcılığım çoxşaxəlidir. Elə bizim bədbəxtçilyimiz odur ki, fəxri adları və mükafatları da şəxsi münasibətlərinə görə verirlər. Bu belə olmalı deyil. Qaldı ki, mənim keçmiş nazir Əbülfəs Qarayevlə heç bir tanışlığım olmayıb. O, dövlət məmuru, mən isə sənətkaram. Sənət adamı həmişə öz yaradıcılıq zirvəsində dayanır, amma məmur başa düşməlidir ki, bu gün var, sabah yoxdur. Gərək haqq, ədaləti tapdalamasın. Tapdalayanda da qınaq sahibi olur, ünvanına xoş olmayan sözlər deyilir. Ona görə də ədalətli olmaq lazımdır. Sadəcə bizim sahədə haqsızlıq daha çoxdur”.

  •  (0)
  •  (0)