BƏD xəbər: Bu smartfonlarda WhatsApp işləməyəcək!- YANVARIN 1-DƏN…backend

BƏD xəbər: Bu smartfonlarda WhatsApp işləməyəcək!- YANVARIN 1-DƏN…

WhatsApp messenceri 1 yanvar 2021-ci ildən etibarən köhnə smartfonlarda işini dayandıracaq.

Hokm.az Azerforum.com-a istinadən xəbər verir ki, bu barədə  Mirror yazır.

Tətbiq, istifadəçiləri iOS 9 və ya Android 4.0.3-ə yüksəltməyən bir sıra cihazlarda işləməyəcəkdir. Bu, ilk növbədə iPhone 4 və köhnə modellərə tətbiq olunur.

WhatsApp-ın iPhone 4S, iPhone 5, iPhone 5S, iPhone 5C, iPhone 6 və iPhone 6S-də yenidən işləməsi üçün proqramı iOS 9-a yeniləməlisiniz. Bundan əlavə, vacib məlumatları itirməmək üçün yazışmalarınızın ehtiyat nüsxəsini çıxarmaq tövsiyə olunur.

  •  (0)
  •  (0)