“Məndə olan məlumata görə tələbələrimiz ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan, süd məhsullarından istifadə etdiklərinə görə zəhərləniblər”.
Hokm.az “Yeni Sabah”-a istinadla bildirir ki. bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Zəhərlənən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. Zəhərlənərək ölən tələbənin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib. Digər iki tələbə – 1998-ci il təvəllüdlü Həmidə İbadova və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyevadır.
















