Dekabrın 24-də Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi ödənişli təhsilə etiraz edib.
Hokm.az ToplumTV-yə istinadən bildirir ki, tələbələr universitetin 2-ci korpusunun pəncərəsindən “pulsuz təhsil” yazılan banner asıblar.
“Pulsuz təhsil” şüarlı aksiya cəmi 5 dəqiqə çəkib və banner universitet rəhbərliyi tərəfindən yığışdırılıb.
Universitetin mətbuat katibi Pərvanə İbrahimova məsələ ilə bağlı araşdırma apardıqlarını, əlavə məlumat olsa, açıqlama verəcəklərini söyləyib.
















