BDU-nun yataqxanasında 3 tələbə qız zəhərləndi – Onlardan 1-i öldübackend

BDU-nun yataqxanasında 3 tələbə qız zəhərləndi – Onlardan 1-i öldü

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.
Hokm.az-ın “Report”-a istinadən xəbərinə görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.
Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.
Səhiyyə Nazirliyindən məlumat təsdiqlənib, qeyd edilib ki, iki tələbənin müalicəsi davam edir.
  •  (0)
  •  (0)