Bayramov Türk Dövlətləri Təşkilatının növbədənkənar toplantısına qatılacaqbackend

Bayramov Türk Dövlətləri Təşkilatının növbədənkənar toplantısına qatılacaq

Türk Dövlətləri Təşkilatının 11 yanvar 2022-ci il tarixində baş tutacaq təşkilata üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin növbədənkənar toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.

Bu barədə Hokm.az Azərbaycan XİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.

Türkiyənin təşəbbüsü ilə baş tutacaq toplantı videokonfrans formatında keçiriləcək.

  •  (0)
  •  (0)