Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Hokm.az xəbər verir ki, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı yanvarın 11-də əldə etdiyi razılaşmaların icrasını müzakirə edib.
“Xarici İşlər orqanlarının rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci ildə Moskvada əldə etdikləri razılaşmaların həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə etdilər”, – Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
















