“Bayramın qayıtması xəbəri ən böyük ad günü hədiyyəm oldu” – Bayramın xanımı DANIŞDIbackend

“Bayramın qayıtması xəbəri ən böyük ad günü hədiyyəm oldu” – Bayramın xanımı DANIŞDI

Xəbər verdiyimiz kimi ötən gün 9 əsrimiz azad olunaraq vətənə qayıdıb.

Hokm.az xəbər verir ki, əsirlikdən azad olunanlar arasında Bayram da var. Bayramın həyat yoldaşı xəbəri necə qarşıladığı barədə danışıb:

‘Bayram əsir düşən gündən bəri gözümün yaşı dayanmır, yuxularım da ərşə çəkilmişdi. Hər dəfə kənarda ağlayanda 3 yaşlı oğlum məni təsəlli edirdi ki, ana ağlama, Allah baba atamı gətirəcək. Bu gün mənim ad günümdür.

Bayramın qayıtması xəbəri ömür boyu aldığım ən böyük ad günü hədiyyəsidir. Şükür edirəm ki, mən və övladımızın üzü gülür. Əsir düşdüyü gündən bəri susqunluq düşən evimizdə indi sevinc coşqusu yaşanır. Allahımıza min şükür! Bir az olar Bayramın özü ilə də danışdım, “vəziyyətim yaxşıdır” dedi”.big.az

  •  (0)
  •  (0)