Bayram günü bədbəxt hadisə: 7 nəfər xəsarət aldı – Aralarında azyaşlılar da varbackend

Bayram günü bədbəxt hadisə: 7 nəfər xəsarət aldı – Aralarında azyaşlılar da var

Yevlaxda ağır yol qəzası olub.

Hokm.az APA-ya istinadən bildirir ki, hadisə az öncə  Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.

“VAZ 2106” və “Hyundai Elantra” markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər – “VAZ 2106”-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və “Hyundai Elantra”-nın  sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)