“Bayraktar” PUA-nın yaradıcısı azərbaycanlı gənclərə müraciət edibbackend

“Bayraktar” PUA-nın yaradıcısı azərbaycanlı gənclərə müraciət edib

“Müraciət üçün fevralın 28-dək vaxt var. Azərbaycanlı gənc qardaşlarımız tələssinlər, tez bir zamanda komandalarını qurub 35 müxtəlif sahədə yarışlara qoşulsunlar. Onları “Texnofest-2020”də qonaq etmək istəyirik”.

Hokm.az xəbər verir ki, bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar deyib.

O, yeni nəsil “Akıncı” PUA-larının istehsalı məsələsinə də toxunub: “Akıncı” ilə “Bayraktar” fərqli siniflərdəndir, vəzifələri də fərqlidir. Bu, tankla zirehli texnikanı müqayisə etməyə bənzəyər, yəni vəzifələri başqadır. “Akıncı” 5,5 tondur, “Bayraktar” isə 650 kilodur. “Akıncı” daha strateji, daha fərqli döyüş vəzifələrini yerinə yetirir, digəri isə daha kiçikdir və ucuz başa gəlir”.report

  •  (1)
  •  (0)