Bayrağımızı sancarkən düşmən snayperi ilə vurulan KOMANDİRİMİZbackend

Bayrağımızı sancarkən düşmən snayperi ilə vurulan KOMANDİRİMİZ

Şəhid kapitan Cavid Mahmudovun sosial şəbəkələrdə yayılan həyat hekayəsi hər kəsi kövrəldib.

Hokm.az Sonxeber.az-a istinadən bildirir ki, Vətən müharibəsi başlayanda kapitan Cavid Mahmudovun komandirlik etdiyi həmlə taboru Füzulinin Əhmədbəyli kəndi istiqamətində əks hücum əməliyyatları keçirib.

Onun taborunun şəxsi heyəti düşmənin Füzuli rayonu istiqamətində alınmaz hesab etdiyi yüksəkliklərdə bayrağımızı dalğalandırıb.

Cavid Mahmudov artıq 5-ci yüksəkliyə bayrağımızı sancarkən, düşmən snayperi tərəfindən vurulub.

Təxliyəsinə çalışan əsgərlərinə “Yalnız irəli!” əmrini verən komandir, komandanlığın tapşırığını icra eməyi canından üstün tutub.

Şəhadətə qovuşduğu 5 oktyabr tarixinədək təcrübəli komandirin heç bir əsgərinin şəhid olmadığı deyilir.

  •  (1)
  •  (0)