Baydenin reytinqi sürətlə endibackend

Baydenin reytinqi sürətlə endi

ABŞ prezidenti Co Baydenin bəyənmə reytinqi prezidentlik dövrünün ilk 100 günündə 52% olub, 1945-ci ildən bəri bu rəqəm yalnız ABŞ prezidentləri Cerald Ford (48%) və Donald Trampda (42%) daha aşağı olub.

Hokm.az xəbər verir ki, bu barədə sorğunu “Washington Post” və “ABC News” birgə şəkildə aparıb.

Sorğuya əsasən, respondentlərin 52%-i Baydenin fəaliyyətini “birmənalı şəkildə” və ya “bəzi səviyyədə” bəyənib, onların arasında 90% Demokratlar, 47% müstəqil respondentlər və 13% Respublikaçılar da var. Respondentlərin 42%-i mənfi rəy bildiriblər.

Respondentlərin yarıdan çoxu – 64%-i Baydenin koronavirus pandemiyası ilə mübarizə siyasətini, respondentlərin 52%-i hazırkı prezidentin iqtisadi siyasətini bəyənir. Daha az insan prezidentin Meksika ilə sərhəddəki miqrasiya böhranı ilə bağlı fəaliyyəti haqqında müsbət fikir bildirib (37%)

 

Bundan başqa, respondentlərin 60%-i prezidentin Konqresdə Respublikaçıların dəstəyini almalı olduğuna, 30%-i Baydenin müstəqil fəaliyyət göstərə biləcəyinə inanır.

Prezidentin imzaladığı iqtisadiyyatın stimullaşdırılmasına dair tədbirlər paketini amerikalıların 65%-i dəstəkləyib, 31%-i buna qarşı çıxıb. Baydenin infrastruktur layihələrinə 2 trilyon dollar investisiya yatırmaq barədə planı sorğuda iştirak edənlərin 52%-i tərəfindən bəyənilib, respondentlərin 35%-i isə buna qarşı çıxıb.

Telefon sorğusu 18-21 aprel tarixlərində ingilis və ispan dillərində aparılıb və sorğuda 1007 yetkinlik yaşına çatmış respondent iştirak edib.Publika.az

  •  (0)
  •  (0)