Baydenin Ərdoğanla bağlı açıqlamasına Türkiyədən CAVAB: “O günlər geridə qaldı”backend

Baydenin Ərdoğanla bağlı açıqlamasına Türkiyədən CAVAB: “O günlər geridə qaldı”

ABŞ prezidentliyinə Demokrat Partiyanın namizədi Co Baydenin Türkiyə ilə bağlı skandal açıqlamasına Türkiyədən cavab gecikməyib.

Hokm.az xəbər verir ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Co Baydenin Ərdoğanı devirmək üçün müxalifətə dəstək verəcəyi ilə bağlı fikrinə “Əmr verilən günlər geridə qaldı” deyərək cavab verib.

İbrahim Kalın “Twitter” hesabında “Türkiyəyə əmr verilən günlər geridə qaldı. Baydenin Türkiyə barədəki bu analizi saf bir cəhalətə söykənir”, deyə qeyd edib. 

Bayden yanvar ayında da buna bənzər açıqlama ilə gündəm olmuşdu.Publika.az

  •  (0)
  •  (2)