Bayden: ” “Taliban” bizimlə əməkdaşlıq edən əfqanlara icazə vermir”backend

Bayden: ” “Taliban” bizimlə əməkdaşlıq edən əfqanlara icazə vermir”

ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatlardan çıxarılmasından danışıb. O, maraqlı açıqlamalar verib. Prezident “xaos olmadan Əfqanıstanı tərk edə bilməzdik” – deyib.

Hokm.az Publika.az-a  istinadla xəbər verir ki, Amerika prezidenti Əfqanıstandan çəkilmə qərarını şərh edib. Bayden onu da vurğulayıb ki, “xaos olmadan” Əfqanıstandan çəkilməkdən başqa yolu olmayıb:

“Amerika qoşunlarını Əfqanıstandan çıxararkən xaosun qarşısını necə alacağımı bilmədim. Biz “Taliban”ın böyük gücə sahib olacağını bilirdik. Amma bilmədiyimiz şeylərdən biri insanların ölkəni tərk etməməsinə çalışarkən “Taliban” hərəkatının nə edəcəyi idi. “Taliban” hazırda ABŞ vətəndaşlarının təxliyəsi prosesində bizimlə əməkdaşlıq edir. Onların çıxarılmasına icazə verib”.

ABŞ prezidentinin sözlərinə görə, “Taliban” ABŞ-la əməkdaşlıq edən əfqan vətəndaşların ölkədən çıxışında problem yaradır: “ABŞ səfirliyinin işçiləri də daxil olmaqla 3200 nəfəri Əfqanıstandan müvəffəqiyyətlə təxliyə etdik. Hədəfimiz hər gün 9000 insanı evakuasiya edə biləcək səviyyəyə çatmaqdır. Əfqanıstandan çəkilmə qərarının arxasındayam”.

  •  (0)
  •  (0)