Bayden Çin və İran arasındakı tərəfdaşlıqdan narahatdırbackend

Bayden Çin və İran arasındakı tərəfdaşlıqdan narahatdır

ABŞ Çin və İran arasındakı tərəfdaşlıqdan narahatdır.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Delaver ştatında jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Cozef Bayden deyib.

Dövlət başçısından “Pekin və Tehran arasında yaranan tərəfdaşlığı” şərh etməsi istənilib. C.Bayden bildirib ki, bundan “uzun illərdir narahatdır”.

Xatırladaq ki, daha əvvəl İran və Çin hərtərəfli əməkdaşlıq haqqında 25 illik saziş imzalayıblar. Saziş iqtisadi və mədəni sahələrdə əməkdaşlığı da əhatə edir.

  •  (0)
  •  (0)