Baxçalıdan XƏBƏRDARLIQ: “Türkiyəni xaosa sürükləmək istəyirlər”backend

Baxçalıdan XƏBƏRDARLIQ: “Türkiyəni xaosa sürükləmək istəyirlər”

“Türkiyəni xaosa sürükləmək istəyənlər baş verən yanğınlardan siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar”.

Hokm.az xəbər verir ki, bu barədə Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı CHP və İyi Partiya mənsublarının baş verən yanğınları siyasiləşdirmək cəhdlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dövlət yanğınlarla mübarizə apardığı vaxt məsələni siyasətə bağlayanlar Türkiyəni xaosa sürükləmək istəyənlərdir.

“Məqsədləri ölkənin idarəetməsinə zərbə vurmaq, daxildən və xaricdən hücumları yetişdirməkdir. Digər tərəfdən, Konyada bir ailənin 7 üzvünün qətlə yetirilməsi hadisəsindən də siyasi maraqları üçün istifadə edir, ölkədə qardaş qarşıdurması yaratmağa çalışırlar”, – o deyib.

Baxçalı qeyd edib ki, Türkiyədə milli birliyi sarsıtmaq və iqtisadiyyatı zəiflətmək istəyən qüvvələr baş verən yanğınları xaos yaratmaq üçün vasitə olaraq görür.Publika.az

  •  (0)
  •  (1)