Baxçalı: Qarabağ türkündür, türk vətənidir!backend

Baxçalı: Qarabağ türkündür, türk vətənidir!

“Yeganə qayəsi Türk düşmənliyi olan Ermənistan və muzdlu silahlı ünsürlərin türk xalqının qarşısında durma ehtimalı yoxdur”.

Hokm.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başçısı Dövlət Baxçalı deyib.

MHP lideri qeyd edib ki, imperializmin aləti olan Ermənistanın işğal etdiyi Türk torpaqlarında məskunlaşma və yerləşmə ambisiyaları Qarabağ məsələsinin ədalətli həllinə mane olur.

Baxçalı Ermənistanın təxribatçı, barışığa qapalı və mülki insanların, günahsız insanların qanını tökən ölkə olduğunu vurğulayıb:

“Artıq hər şey meydandadır. Cənubi Qafqazdakı qeyri-sabitliyin, işğal siyasətinin mərkəzi İrəvan administrasiyasıdır. Ermənistanın bu təxribatları insani, vicdanı və qanuni bütün prinsiplərə ziddir. Qarabağ türkündür, türk vətənidir. Heç kim bu güclü və müstəsna həqiqəti dəyişdirə bilməyəcək. Biz qanımızla, canımızla və varlığımızla Azərbaycanın tərəfindəyik, yanındayıq. Bütün lazımi şəxslərə buradan xəbərdarlıq edirəm, heç kim türk millətinin səbrini sınamasın. Nəticələri həm kədərli, həm də çox ağır olacaq”.

  •  (3)
  •  (0)