Baş Prokurorluq: “Restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır”backend

Baş Prokurorluq: “Restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır”

Bakıda restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Hokm.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Səbail rayonunda yerləşən restoranda liftin qırılması faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, aprelin 5-də paytaxtın Səbail rayonunda yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

  •  (0)
  •  (0)