Baş Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı: Ölən varbackend

Baş Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı: Ölən var

Avqustun 17-i saat 11 radələrində Ucar rayonu ərazisində bir nəfər şəxsin elektrik dirəyindən yıxılması və almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ucar rayon prokurorluğundan  Hokm.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, rayon sakini 1954-cü il təvəllüdlü Nəbi Əliyev yaşadığı evə gələn elektrik xəttini düzəltmək istəyərkən ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində dirəkdən yerə yıxılaraq almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  •  (0)
  •  (0)