Baş Prokurorluq 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı ARAŞDIRMAYA BAŞLADIbackend

Baş Prokurorluq 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı ARAŞDIRMAYA BAŞLADI

Baş Prokurorluq Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Hokm.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri – 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər. M.Qasımlı və İ.Qasımzadə vəfat edib.

“Faktla bağlı araşdırma aparılır” Mətbuat Xidmətindən bildirilib.

  •  (0)
  •  (0)