Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş Prokuror Kamran Əliyev və digər dövlət rəsmiləri Gəncə şəhərinə səfər ediblər.
Hokm.az xəbər verir ki, dövlət rəsmiləri bu gecə saat 02:00-da Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olublar.

Eyni zamanda K.Əliyev hadisə və erməni terroru barədə mətbuat nümayəndələrinə açıqlamalar veriblər.Report.az
















