Baş prokuror DSX-nin helikopterinin qəzaya uğraması məsələsini nəzarətə götürdübackend

Baş prokuror DSX-nin helikopterinin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, hadisə nəticəsində 14 nəfər həlak olub, iki nəfər xəsarət alıb.

Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

  •  (0)
  •  (0)