Baş Nazir istefa verdibackend

Baş Nazir istefa verdi

Hokm.az xəbər verir ki, Livanın Baş Naziri Saad Həriri istefa verib.

Baş Nazir 2 həftədir davam edən hökumət əleyhinə kütləvi etirazlardan sonra istefa vermək qərarına gəlib. Həriri dövlət televiziyasında müraciəti zamanı ölkədə vəziyyətin dalana dirəndiyini deyib:

“Mən prezident Mişel Auna istefa ərizəmi vermək üçün Baabda sarayına gedəcəm. Bu, bütün livanlıların arzusu idi”.

Qeyd edək ki, oktyabrın 21-dən ölkədə iqtisadi böhran əleyhinə mitinqlər keçirilir.

qafqazinfo

  •  (0)
  •  (0)