Baş nazir Arif Qaraşovun oğluna vəzifə verdibackend

Baş nazir Arif Qaraşovun oğluna vəzifə verdi

Baş Nazir Əli Əsədov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşova vəzifə verib.

Hokm.az xəbər verir ki, Əli Əsədovun qərarına əsasən Fərhad Qaraşov Dövlət Statistika Komitsəində Statistik Şuraya üzv təyin olunub.

Qeyd edək ki, Fərhad Qaraşov Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və KOBİA İctimai Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru, “Made in Azerbaijan” məhsulu olan “Originar” brendinin yaradıcısıdır./Yenicag/

  •  (1)
  •  (2)