Baş infeksionistin evindən oğurlanan 160 mindən nə xəbər var? – Özü danışdıbackend

Baş infeksionistin evindən oğurlanan 160 mindən nə xəbər var? – Özü danışdı

Azərbaycanın baş infeksionisti Cəlal İsayevin evindən edilən oğurluq hadisəsi ilə bağlı araşdırma aparılır.

Hokm.az xəbər verir ki, bunu ölkə.az saytının əməkdaşına özü açıqlamasında bildirib.

Onun sözlərinə görə cinayət hadisəsi ilə bağlı saxlanılan şəxslər var və araşdırmalar hələdə davam edir.

Qeyd edək ki, bir il əvvəl Bakı şəhəri, Xətai rayon sakini Cəlal İsayev polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 72 min ABŞ dolları (122000 AZN), 2500 manat pul və 20 min ABŞ dolları (34000 AZN) dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polisə daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

 

  •  (1)
  •  (2)