Baş infeksionistdən ÇAĞIRIŞ: Vaksinasiyanın effektivliyinə o vaxt nail oluna bilər ki…backend

Baş infeksionistdən ÇAĞIRIŞ: Vaksinasiyanın effektivliyinə o vaxt nail oluna bilər ki…

Azərbacan hökumətinin pandemiyaya qarşı gördüyü kompleks tədbirlər mövcud şəraitdən daha az itkilərlə çıxmağa imkan verdi. Bu tədbirlərə qısa müddət ərzində müvafiq səhiyyə infrastrukturunun yaradılması, laboratoriyaların qurulması, tibb kadrlarının hazırlanması, daxili imkanlar hesabına qoruyucu vasitələr və dezinfektantların istehsalının təşkili, bütün zəruri dərman vasitələri ilə təchizat, vaksinasiya prosesinə erkən start verilməsinin mümkün olması və digər məsələlər aiddir. Bunların nəticəsində yoluxma hallarının sayının azalmasna, ölüm hallarının səviyyəsinin bir çox ölkələrlə müqayisədə daha kiçik olmasına nail olundu.

Bu sözləri Publika.az-a açıqlamasında baş infeksionist Təyyar Eyvazov deyib. O, bildirib ki, bütün dövlətlər öz əhalisinin daha etibarlı qorunması və pandemiya ilə mübarizədə əhəmiyyətli dönüşün əldə edillməsi məqsədilə vaksinasiya prosesini təmin etmək üçün bütün imkanları ilə çalışır.

“Bildiyiniz kimi, Azərbaycanda COVID-19-a qarşı vaksinasiya bir sıra öklələrdən daha tez-yanvar ayında başlamışdı. Vaksinlərə dünya üzrə böyük tələbatın olduğu bir durumda bu məsələnin müsbət həll olunması ölkənin beynəlxalq nüfuzundan xəbər verir. Bu bir daha dövlətimizin siyasətində vətəndaşın sağlamlığının prioritet məsələ kimi ön plana çəkilməsinin bariz nümunəsinin göstəricisidir. Vaksinasiya prosesinın qəbul olunmuş xüsusi strategiya əsasında aparılması, əhalinin daha həssas qruplarının ilk növbədə bu prosessə cəlb olunması çox əhəmiyyətli məsələdir və yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Artıq bu günə kimi 550 minə yaxın insan peyvəndləməyə cəlb olunub. Vaksinasiyanın effektivliyinə o vaxt nail oluna bilər ki, qısa zaman kəsiyində əhalinin əksər hissəsi peyvənd olunsun. Ona görə də ölkədə vaksinasiyanın erkən başlaması ilə əldə etdiyimiz imkanlardan daha da yararlanmaq üçün var gücümüzlə insanlar arasında maarifləndirmə işinə önəm verməklə prosesin kütləviliyinə nail olmaq lazımdır. Yalnız bu halda epidemioloji vəziyyət müsbətə doğru dəyişə, infeksiyaya yoluxma, xəstələnmə və ölüm halları əhəmiyyətli dərəcədə azala bilər”.

  •  (0)
  •  (0)