“Barselona” müflis ola bilərbackend

“Barselona” müflis ola bilər

İspaniyanın “Barselona” klubu maliyyə böhranı ilə üzləşib.

Hokm.az report-a istinadən xəbər verir ki, futbolçular maaşlarının azaldılması təklifi ilə razılaşmayacağı təqdirdə, Kataloniya təmsilçisi müflis ola bilər.

Koronavirus pandemiyasınadək illik gəliri 940 milyon funt sterlinq olan La Liqa klubunda hazırda bu rəqəm 746 milyon funt-sterlinqdir. Vəziyyətdən çıxış yolu axtaran rəhbərlik məvacib məsələsində oyunçularla ortaq məxrəcə gəlməyə çalışır.

Dünyada ən çox işçisi olan “Barselona” futbolçularından ümumilikdə 171 milyon avroluq endirim gözləyir.

Qeyd edək ki, hələlik yalnız Jerar Pike, Mark-Andre ter Ştegen, Frenki De Yonq və Kleman Lanqle maaşlarının azaldılmasına razılıq verib.

  •  (0)
  •  (0)