Banklar regionlara niyə az kredit ayırır? – Deputat səbəbləri AÇIQLADIbackend

Banklar regionlara niyə az kredit ayırır? – Deputat səbəbləri AÇIQLADI

Mərkəzi Bankın məlumatına görə, 14 milyard 246 milyon manatlıq kredit portfelinin 11 milyard 360 milyon manatı Bakının payına düşür. Abşeron iqtisadi rayonunun 489 milyon 530 min manatlıq kredit portfelinə sahib olduğunu nəzərə aldıqda, o zaman kredit qoyuluşlarının cəmi 17 faizinin regionların payına düşdüyü bəlli olur.

Hokm.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, rəsmi statistikaya görə, hər 100 manatlıq kreditin cəmi 17 manatı regionların payına düşür: “Və ya banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərinə ayırırlar. Bankların regionlara daha az kredit ayırmalarının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır. Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edirlər ki, əksər yerli sahibkarların bu imkanları olmur”.

V.Bayramovun sözlərinə görə, bu baxımdan girov mexanizminin təkmilləşdirilməsi və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərin həcminin artırılması vacibdir: “İnklüziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.publika.az

  •  (0)
  •  (0)