“Bank Respublika” CƏRİMƏLƏNDİbackend

“Bank Respublika” CƏRİMƏLƏNDİ

Dövlət Yol Polisi (DYP) “Bank Respublika” barəsində inzibati qaydada protokol tərtib edib.

Hokm.az-ın Unikal.org-a istinadən məlumatına görə, işə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Belə ki, “Bank Respublika” İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

  •  (0)
  •  (0)