“Bandotdel” əməliyyat keçirdi: 1 milyon maska aşkarlandı (FOTOLAR)
*******************
Saxlanılan Çin Xalq Respublikasının vətəndaşı Liu Yiming və Yang Kun tərəfindən redaksiyamıza göndərilən açıqlamanı dərc edirik:
Liu Yiming, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin tələbəsiyəm və bir neçə ildir ki, Bakı şəhərində yaşayıram. 03.03.2020-ci il tarixində Ren adlı tanışım mənə tibbi maskalar vermiş, yataqxanada saxlamağımı xahiş etmiş və onları tezliklə məndən götürəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra polislər yaşadığım yerə gələrək əsassız olaraq orada axtarış aparmış və tibbi maskaları aşkar edərək götürmüş, məni isə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar.
Orada izahat verərək tibbi maskaların tanışıma məxsus olduğunu və mənə saxlanmaq üçün verildiyini bildirmiş və təqsirim olmadığı üçün azad buraxılmışam.
Əlavə olaraq həmçinin bildirməliyəm ki, həmin şəkil və videolarda Çin üz cizgilərinə malik olan dostum Yang Kun da cinayətkar dəstənin bir üzvü kimi göstərilib. Halbuki. Həmin şəxs sadəcə mənim dostum olmaqla mənə tərcüməçilikdə köməklik göstərib.
Və bu baxımından da mən Yang Kunun hüquqları pozulmuşdur.
Bir daha qeyd olunmalıdır ki, göstərilən cinayətkar fəaliyyətlə heç bir əlaqəmiz yoxdur və tibbi maskalar Liu Yimingin tanışına məxsus olmaqla Liu Yiming yaşadığı evə sadəcə saxlanılmaq üçün qoyulmuşdur.

























