Balakəndə yol-nəqliyyat hadisəsi: Piyada xəsarətlərdən hadisə yerində öldübackend

Balakəndə yol-nəqliyyat hadisəsi: Piyada xəsarətlərdən hadisə yerində öldü

Oktyabrın 14-də saat 19:00 radələrində Balakən rayonunun Kortala kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Hənifə kənd sakini İsa Həsənov idarə etdiyi QAZ-3110 markalı avtomobillə piyada hərəkətdə olan Kortala kənd sakini Qurban Kərimovu vurub.

Nəticədə Q.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

  •  (0)
  •  (0)