Balakəndə ağır qəza – ÖLƏN VƏ YARALANANLAR VARbackend

Balakəndə ağır qəza – ÖLƏN VƏ YARALANANLAR VAR

Oktyabrın 30-da saat 20 radələrində Balakən rayonunun Qazbinə kəndi ərazisində ağır yol qəzası baş verib.

Hokm.az xəbər verir ki, rayon sakinləri E.Şirinovun idarə etdiyi “Mercedes” və Kazım Osmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə K.Osmanov hadisə yerində ölüb, xəsarət almış digər sürücü və 1 sərnişin isə xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  •  (0)
  •  (0)