“BakuBus”un avtobusunda yanğın – Sərnişinlər təxliyə edildibackend

"BakuBus"un avtobusunda yanğın - Sərnişinlər təxliyə edildi

Bakıda sərnişin avtobusunda yanğın olub.

Hokm.az “Report”a istinadla xəbər verir ki, hadisə metronun “Xətai” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.

  •  (0)
  •  (0)