“Bakubus” avtobusu zəncirvari qəzaya düşüb – FOTObackend

“Bakubus” avtobusu zəncirvari qəzaya düşüb – FOTO

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Hokm.az Qazet.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobillə “BakuBus” MMC-nin istismarında olan 7A nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu toqquşub. Bundan əlavə, eyni yolda hərəkət edən “Mercedes” markalı minik avtomobilinə də ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)