Bakının bütün ərazilərində avtobus zolaqları yaradılacaqbackend

Bakının bütün ərazilərində avtobus zolaqları yaradılacaq

Bakıda yaradılan avtobus zolaqları bütün paytaxtı əhatə edəcək.

Hokm.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimli bildirib.

“Avtobus zolaqları Bakının Baş Planında yer alıb. Təklif edilən 24 küçədə xüsusi zolaqların salınması 600 minə yaxın sərnişinə xidmət edəcək”, – deyə o, qeyd edib.

Xatırladaq ki, BNA-nın təklifi əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası 10 küçə və prospektdə avtobus zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb. Hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür.

  •  (0)
  •  (0)