Bakının əsas prospektlərdən birinin adı dəyişdirildi –  “8 Noyabr” adlandırıldıbackend

Bakının əsas prospektlərdən birinin adı dəyişdirildi – “8 Noyabr” adlandırıldı

Bakının Nobel prospektinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün qəbul edilib.

Hərbi Qənimətlər Parkı da “8 Noyabr” prospektində yerləşir.

Gələcəkdə bu prospektdə Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması da planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

  •  (0)
  •  (0)