Bakının bir hissəsində su KƏSİLƏCƏKbackend

Bakının bir hissəsində su KƏSİLƏCƏK

Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Bakının Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Hokm.az-a “Azərsu” ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla bağlı abunəçilərdən üzr istəyib.

  •  (0)
  •  (0)