Bakının azad etdiyi ərazilər, Moskva ilə məxfi razılaşma… – Ermənistan SİRLƏRİ AÇIRbackend

Bakının azad etdiyi ərazilər, Moskva ilə məxfi razılaşma… – Ermənistan SİRLƏRİ AÇIR

Ermənistanın parlamentində “aprel müharibəsi”nin araşdırılması məqsədilə yaradılan xüsusi komissiya son hesabatını bu ay ərzində spikerə təqdim edəcək.

Hokm.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qəzet qeyd edir ki, hesabat yekunlaşmaq ərəfəsindədir.

“Pərdə arxasında qızğın müzakirələr gedir, iclaslar bağlı qapılar arxasında aparılır. İctimaiyyətə məlumat açıqlanmır, bununla belə açıq bəyanatlar və mənbələrin dedikləri “aprel müharibəsi” ilə bağlı miflərin darmadağın edildiyini deməyə əsas verir. Orduda silahlanma, yanacaq çatışmazlığı, Azərbaycanın 800 hektar (əslində 2 min hektar-red) ərazini qaytarması, Moskva ilə razılaşmalar və digər məsələlərlə bağlı faktlar toplanıb”, – qəzet qeyd edir.publika.az

  •  (2)
  •  (1)