Bakının bəzi ərazilərdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşana qədər Bakının Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
















