Bakıdan rayonlara getmək istəyənlər geri qaytarılır – VİDEObackend

Bakıdan rayonlara getmək istəyənlər geri qaytarılır – VİDEO

Müvafiq icazəsi olmadan rayona getmək üçün karantin postunda maraqlı üsuldan istifadə etmək istədi ancaq, yol polisi onun bu əməlinin qarşısını aldı. Hadisə Bakı-Quba yolunun 52-ci km-də xüsusi karantin keçid postunda baş verib. Belə ki,həmin şəxs avtomobilini evakuatorun üzərində, özü və sərnişin isə evakuator sürücüsünün yanında oturaraq postan keçməyə çalışıblar.

Özünün ezamiyyə vərəqəsi yoxdur, sərnişini isə 3 saatlıq SMS icazə alıb rayona getmək istəyir.

Bu şəxslər icazələri olmadığı halda Bakı-Quba yolunundakı postdan keçmək üçün evakuator sürücüsünün köməyindən istifadə etmək istəyiblər. Hadisə müşahidə kameralarına da düşüb. Postda xidmət aparan yol polisi əməkdaşları onları saxladığı zaman Elçin Qaytaranov və sərnişinin müvafiq qaydada icazəsi olmadığı məlum olub.

Bura isə Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də qurulan xüsusi karantin keçid postudur. Bu şəxsin müvafiq qaydada heç bir icazəsi yoxdur,ancaq sərnişin qismində Şamaxı şəhərinə getmək istəyir.(xezerxeber)

Minik avtomobilinin sürücüsü isə rayona getmək üçün ezamiyə vərəqəsinin olduğunu iddia edir, yol polisi isə yoxladıqda tam əksi ortaya çıxır.

Bayram ərəfəsini fürsət bilib rayonlara getmək istəyənlər postda sıxlığın yaranmasına səbəb olub.Sərtləşdirilmiş karantin rejimini pozan sərnişinlər avtomobildən düşürülüb, icazə almadan postlardan keçməyə cəhd göstərən avtomobil sürücüləri isə geriyə qaytarılıb.

Daxili İşlər Nazirliyinin verilən məlumata görə, dünən müxtəlif postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1 959 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. 2 219 nəfər barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.

  •  (0)
  •  (1)