Bakıda zəncirvari yol qəzası – ÖLƏN VARbackend

Bakıda zəncirvari yol qəzası – ÖLƏN VAR

Bakıda ağır yol qəzası baş verib.

Hokm.az xəbər verir ki, avqustun 2-də saat 19 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakini M.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Taleh Aqamedovu vurub və idarəetməni itirdiyindən yolun kənarında dayanmış “Opel”, “VAZ-2107” və “VAZ-21015” markalı 3 avtomobillə toqquşub.

Nəticədə T.Aqamedov hadisə yerində ölüb, xəsarət almış M.Əhmədov isə xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

  •  (0)
  •  (0)