Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospektində zəncirvari qəza baş verib.
Hokm.az avtosfer.az-a istinadən xəbər verir ki, qəzaya səbəb “Range Rover” markalı avomobilin sürücüsü olub.
O, əvvəl “BMW”ni vurub. “BMW” isə “Mercedes”ə dəyərək onun arxa hissəsini ciddi şəkildə əzib.
Zəncirvari qəza səbəbindən prospektdə tıxac yaranıb.
Hadisə yerinə polis əməkdaşları gəlib.
Hazırda araşdırma aparılır.

















