Nizami rayonu NZS qəsəbəsində zəhərlənən tələbələr evə buraxılıb.
Hokm.az Oxu.az-a istinadən xəbər verir ki, axşam saatlarında 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr – 1998-ci il təvəllüdlü Tağıyev Niyaməddin Qəhrəman oğlu və 1999-cu il təvəllüdlü Həsənov Elşad Sadiq oğlu ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Onlar kirayələdikləri evdə turşu yediklərini bildiriblər.
Qeyd edək ki, N.Tağıyev Bakı Dövlət Universitetinin, E.Həsənov isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dördüncü kurs tələbələridir.
***09:10
Bakıda iki tələbə qidadan zəhərlənib.
Hokm.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən “Report”a bildirilib ki, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59-da daxil olub.
Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.
3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.
















