Bakıda yolun ortasına əkilmiş ağaclar sürücülərə təhlükə yaradır – DİQQƏT! – VİDEObackend

Bakıda yolun ortasına əkilmiş ağaclar sürücülərə təhlükə yaradır – DİQQƏT! – VİDEO

Bakının Yeni Ramana yolunda (Buta Palace-ın yaxınlığında)yerləşən dairəyə əkilmiş ağaclar sürücülərə təhlükə yaradır. Bu barədə bir neçə sürücü redaksiyamıza şikayət ünvanlayıb.

Hokm.az Avtosfer.az-a istinadən xəbər verir ki,  sözügedən dairənin həm özündə, həm də dairənin bilavasitə qarşısındakı adacıqlarda ağaclar əkilib. Həmin ağaclar kifayət qədər qollu-budaqlı olduğuna görə sürücülərin görünüş dairəsini məhdudlaşdırır. Qeyd edək ki, ağaclar həmin əraziyə yeni əkilib. 1-2 ildən sonra qol-budaq ataraq sürücülərin görünüşünü tam şəkildə məhdudlaşdıracaq. Ona görə də aidiyyəti qurumlar indidən tədbir görməlidir.

Görünmə bucaqları normal olmalıdır ki, fərqli istiqamətdən gələn nəqliyyat vasitələrinin sürücüləri bir-birini görə bilsinlər. Onu da təmin etmək üçün yaşıllıqların hündürlüyü 70 sm-dən yuxarı olmamalıdır və yaxud da nəhəng ağaclar olsa aşağıdan 2 metrlik hündürlükdə gövdələrindəki  budaqlar təmizlənməlidir.

Lakin problemin köklü həll olunması üçün yaxşı olardı ki, əkilmiş ağaclar oradan çıxarılaraq başqa yerə köçürülsün.

  •  (0)
  •  (0)