Bakıda yeniyetmələrin axın etdiyi məkan: Həyəcan, stres, adrenalin və qorxu… – VİDEObackend

Bakıda yeniyetmələrin axın etdiyi məkan: Həyəcan, stres, adrenalin və qorxu… – VİDEO

Həyəcan, stres və qorxu…

Eynəyi taxıb adrenalin yaşayırlar.

Adrenalin həvəskarları bu cür eynəklər vasitəsilə sanki hündürlükdən yıxılma effekti yaşayırlar. Bunun üçün istirahət yerlərində yelləncək və bu kimi xüsusi qurğular quraşdırılır. Reallıqdan nə qədər uzaq olsa da, bu əyləncə növü kifayət qədər

həyəcanlı hesab edilir.

Attraksion sahibi deyir ki, virtual eynəklərə daha çox gənclər maraq göstərirlər.

Psixoloq Həqiqət Məmmədova isə bildirir ki, bu cür eynəklər əyləncə üçün istifadə edilsə də, bunun təsirləri hər kəsdə eyni olmur.

Psixoloq,xüsusilə, azyaşlıların belə əyləncə növlərindən istifadəsini tövsiyə etmir.

Qeyd edək ki, istirahət mərkəzlərində son dövrlər bu əyləncə vasitələrinin sayı artıb.

 

  •  (0)
  •  (1)