Bakıda yaşayış binası YANIRbackend

Bakıda yaşayış binası YANIR

Bakıda çoxmərətəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə Hokm.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı çoxmərətəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

  •  (0)
  •  (0)