Bakıda villada 5 nəfərin öldüyü hadisə ilə bağlı ŞOK FAKTLAR – FOTOLARbackend

Bakıda villada 5 nəfərin öldüyü hadisə ilə bağlı ŞOK FAKTLAR – FOTOLAR

Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsində villada meyitləri tapılan 5 nəfərin cəsədi morqa aparılıb.

Hokm.az publika.az-a istinadən-xəbər verir ki, olay yerinə vəfat edənlərin çoxsaylı yaxınları gəlib. Meyitlər isə ekspertizadan keçirilməsi üçün morqa göndərilib.

Vəfat edənlərdən Lətif Əliyev Texniki Universitetin tələbəsi, onun kiçik qardaşı Atilla isə 11-ci sinif şagirdi imiş. Atilla Əliyev ABŞ universitetlərindən birinə hazırlaşırmış.

Hadisə zamanı ölən digər 2 şəxs isə onların dostu imiş və qonaq gəlibmişlər.

Ölən yaşlı kişi isə villada təmir işləri aparan ustadır. Hazırda təmir işləri getdiyindən uşaqların valideynləri Sulutəpədəki evdə qalırmış.

  •  (0)
  •  (2)