Bakıda “VAZ-2107”lə avtoşluq etdi: 40 minlik maşına dəydi – FOTOLARbackend

Bakıda “VAZ-2107”lə avtoşluq etdi: 40 minlik maşına dəydi – FOTOLAR

Yeni Yasamal Əsəd Əhmədov 45 A ünvanında yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo-nun məlumata görə, qəza bu gün saat 15:20 radələrində Yeni Yasamal kənar dairəvi yol 20-də, Əsəd Əhmədov küçəsinə sürətli şəkildə dönmə edərkən baş verib.
“VAZ-2107” markalı 90-MV-798 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əsəd Əhmədov küçəsinə sürətli şəkildə dönmə edib. Nəticədə sürücü idarəetməni itirərək bazar dəyəri 40 min dollar olan “İnfiniti Q 50” markalı 99-VL-740 dövlət nömrə nişanlı avtomobilə dəyib.
Hadisə nətəcəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi zərər dəyib.
Hadisə yerinə Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları gəlib. Məlum olub ki, avtoşluq edən “VAZ-2107”nin sürücüsünün idarə etdiyi avtomobil özünə məxsus deyil.
Hadisə ilə bağlı araşdırma başlayıb.
  •  (0)
  •  (0)