Bakıda Türkiyə Universitetlərinin təhsil sərgisi təşkil olunacaqbackend

Bakıda Türkiyə Universitetlərinin təhsil sərgisi təşkil olunacaq

Edex-in təşkilatçılığı ilə Bakıda Türkiyə Universitetlərinin təhsil sərgisi təşkil olunacaq. Tədbirin rəsmi partnyoru “TƏHSİL PLUS“ Xaricdə Təhsil Mərkəzi  və Apply For You şirkətidir.
Avqustun 4-5-i tarixlərində 12:00-dan 17:00-dək Bakıda Park Inn Hotelində təşkil olunan sərgidə Türkiyənin tanınmış dövlət və özəl universitetləri, həmçinin yataqxanaları iştirak edəcək.
Hər il təşkil olunan sərgidə bu dəfə də tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək,Türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.
Sərgidə Türkiyənin tanınmış universitetləri iştirak edəcək.

Həmçinin Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur.

Sərgidə iştirak etmək ödənişsizdir.

Ətraflı məlumat üçün :
Mob: + 994 50 202 21 42
E-mail: [email protected]
web: tehsilplus.az

 

  •  (0)
  •  (0)