Bakıda turistlərin evinə qonaq gedən qadın özü-özünə xəsarət yetirib – DİNbackend

Bakıda turistlərin evinə qonaq gedən qadın özü-özünə xəsarət yetirib – DİN

Daxili İşlər Nazirliyi (DİN) Bakıda turistlərin evinə qonaq gedən qadının döyülməsi ilə bağlı məlumata münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Hokm.az-a verilən məlumata görə, qadının döyülüb xəsarət yetiriməsi ilə bağlı iddialar əsasızdır.

 

Qeyd edilib ki, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var: “İddiaların təfərrüatları Səbail Rayon Polis İdarəsinin 39-cü Polis bölməsində araşdırılır”.
  •  (0)
  •  (0)